Məşhur qrupun solisti vəfat etdi

Məşhur qrupun solisti vəfat etdi
29 iyun 2017
# 11:55

“İvanuşki İnternational” qrupunun eks solisti Oleq Yakovlev vəfat edib. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə onun vətəndaş nikahında yaşayan həyat yoldaşı Aleksandra Kutsevol məlumat yayıb.

“Bu gün səhər saat 7:05-də həyatımın əsas kişisi, mələyim, xoşbəxtliyim dünyadan getdi... İndi sənsiz mən nə olacam? Ucal səmaya, Oleq! Mən həmişə səninləyəm!” –deyə, o İnstagram səhifəsində qeyd yazıb.

İyunun 28-də 47 yaşlı artist “ağciyərin ikitərəfli sətəlcəmi” diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəlik Yakovlevin orqanizmində başqa fəsadlar da yaradıbmış. KİV-də yayılan xəbərlərə görə, Yakovlevin səhhəti ilə problemi çoxdan varmış.

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

# # #