Tanınmış şairin iki kitabı çıxdı

Tanınmış şairin iki kitabı çıxdı
22 oktyabr 2015
# 14:53

Şair Dəyanət Osmanlının “Nəfəsimin qatili” adlı şeirlər kitabı çap olunub.

Kitabın redaktoru professor Nizami Cəfərov, tərtibçi İlahə Abdullayevadır.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Nəfəsimin qatili”ndə müəllifin tam yeni “Ulu yolun sükutu”, “Qaydasız yazı”, “Öz canımı oxuyuram”, “Səbirsiz anılar”, “Qocaman şeirlər” silsilə şeirləri və “Ölümün dəngəsi”, “Yağmur saatı”, “Təlaş içində”, Qarışmış izlər” poemaları yer alıb.

Daha sonra eyni nəşriyyatda şairin ingilis dilində “The sound of blood” (Qanın səsi) kitabı çıxıb. İlahə Abdullayevanın ingiliscəyə çevirdiyi kitabda müəllifin şeirlərindən seçmələr toplanıb.

# 924 dəfə oxunub

Müəllifin son yazıları

# # #