Amerikanın homoseksual mollası

Amerikanın homoseksual mollası
19 aprel 2013
# 12:02

“Amerikada daha geniş islam hərəkatının başlanğıcında olduğumuzu düşünürəm. Əgər homoseksuallar evlənəcəksə mən onlara dəstək verəcəyəm”.

Bu sözləri Vaşinqtondakı “Light of Reform” məscidinin imamı Daayie Abdullah “Homoseksual və müsəlmanam” adlı sənədli filmin nümayişindən sonra homoseksual aktivistlərə müraciətində deyib. “Vaşinqton Post” qəzetinin verdiyi məlumata görə Afrika əsilli homoseksual imamın bu sözləri müsəlman gənclərin təəccübünə səbəb olub.

Qərbdə homoseksuallara açıq dəstək verən yeganə müsəlman lider olan imam Abdullah Vaşinqtondakı homoseksual müsəlmanlar arasında xalq qəhrəmanı kimi sevilir. İmam, homoseksual müsəlman gənclərin ibadətlərini təmin etməklə bərabər onların evlənmələrinə də kömək edir.

J.C adlı partnyoruyla evlənən müsəlman M.Q İmam Daayienin hamıya ümid verdiyini söyləyib: “Əgər nikahımız haqda internetdə hər hansı bir məlumat getsəydi qohumlarımız bizi öldürə bilərdi. Qonaqlarımızdan sosial mediada toyumuzla bağlı ən xırda bir şeyi belə paylaşmamalarını xahiş etdik”.

# 4182 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #