Amerikalı aktrisa Meqan Foks psixi pozğunluqdan əziyyət çəkdiyini bildirib.
Kulis.az xəbər verir ki, sənətçi bu barədə "ET Online"a müsahibəsində danışıb.
Aktrisa bildirib ki, ona bədən dismorfiyası diaqnozu qoyulub - insanın bədənindəki kiçik bir qüsur və ya xüsusiyyətdən həddindən artıq narahat olduğu bir xəstəlik.
- Mirzə Cəlil Xalq Cümhuriyyətini niyə sevmirdi? – Araşdırma
- Xalq artisti: “Ona dedim ki, oxumaq sənlik deyil, get, özünə başqa bir sənət tap...”
- Kamala Harrisin dəstəkçiləri çoxalır
“Mən heç vaxt özümü başqalarının məni gördüyü kimi görmürəm. Həyatımda bədənimi sevdiyim bir an olmayıb”, - deyə “Cenniferin bədəni” filminin ulduzu etiraf edib.
Meqan Foks əlavə edib ki, o, ilk görüşdə insanların onun xarici görünüşünə diqqət yetirməsini istəmir: “İstərdim ki, hər kəs mənim auramı görsün, bədənimi yox”.