Rus şansonunun məşhur ifaçısı və bəstəkar Villi Tokarev vəfat edib.
Kulis.az xəbər verir ki, bu məlumatı mərhumun oğlu Anton Tokarev yayıb.
Musiqi karyerasına Sovet İttifaqı dövründə başlayan Villi Tokarev Rimsk-Korsakov adına Leninqrad Konservatoriyasının kontrabas ifası sinfini bitirib, uzun müddət caz və estrada kollektivlərində çalışıb. Sonralar o, öz mahnılarını ifa etməyə başlayıb. 1974-cü ildə ABŞ-a mühacirət edən müğənni-bəstəkar orada taksi sürücüsü və poçtalyon işləyib. Yaradıcılığını davam etdirən Villi Tokarev məhz orada “rus şansonu” janrında mahnılar bəstələyib və disklər buraxıb.
- Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb
- “Durna balığı” tamaşası növbəti dəfə səhnədə
- Səni niyə belə sevdim?!-14 Fevral şeiri
Tokarev, 1990-cı illərdə yenidən Moskvaya qayıdıb, Rusiya paytaxtında musiqi və konsert fəaliyyətini davam etdirib.