Uşaq bağçasında “nağıl saatı”

Uşaq bağçasında “nağıl saatı”
11 iyul 2019
# 16:18

129 saylı uşaq bağçasında “nağıl saatı” keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzi Kitabxana Sistemi tərəfindən təşkil olunan tədbirdə uşaqlara müxtəlif nağıllar oxunub. Oxunan nağıllar uşaqların böyük marağına səbəb olub.

Qeyd edilib ki, isti yay günlərində belə “nağıl saat”larının təşkil olunması uşaqlar üçün çox yaxşıdır. Belə ki, uşaqlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət etmiş olurlar.

Bağça yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, kitaba marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.

# 4358 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #