Uşaqlar üçün yeni kitab gəlir

Uşaqlar üçün yeni kitab gəlir
14 iyun 2019
# 12:42

Bu günlərdə uşaq yazarı Mina Rəşidin "Balaca Günəş" adlı şeirlər kitabı işıq üzü görüb.

Kitab uşaqlar üçün şeirlərdən ibarət olub müxtəlif yaş qruplarını əhatə edir.

Şeirlər üç hissədə - "Sən mənim Vətənimsən", "Ayaqqabı adası" və "Mənim Qiyaslı kəndim" başlıqları ilə oxucuya təqdim olunur.

Qeyd edək ki, kitab "Vektor" Beynəlxalq Nəşrlər Evində təmənnasız olaraq çap edilib.

Kitabın "Balalarımıza Qarabağ nəğmələri" adlı ön sözünün müəllifi həmin nəşriyyatın rəhbəri, şair, professor Elçin İsgəndərzadə, redaktoru tanınmış uşaq yazarı Sevinc Nuruqızıdır. /yarpaq.az/

# 1745 dəfə oxunub

Müəllifin son yazıları

# # #