Bu gün ingilis şair Alfred Tennisonun doğum günüdür.
Kulis.az onun şeirlərindən sitatları təqdim edir.
Səni hər düşündüyüm an üçün əlimdə bir çiçək olsaydı...
Sonsuzadək öz bağçamda gəzə bilərdim.
***
Sevib itirmək, heç sevməmiş olmaqdan daha yaxşıdır.
***
Ümid gələn ilin astanasından gülümsəyir və pıçıldayır:
Hər şey daha gözəl olacaq...
***
Mən rastlaşdığım hər şeyin bir parçasıyam.
***
Çox şey itirilsə də, çox şey hələ də qalır;
indi yerlə göyü oynadan o əvvəlki gücümüzdə olmasaq da, nəyiksə, elə oyuq:
vaxtın və taleyin zəiflətdiyi, lakin mübarizə aparmaq, axtarmaq, tapmaq və təslim olmamaq iradəsi ilə coşan eyni qəhrəman qəlblərik.
***
Göz yaşları, əbəs göz yaşları, bilmirəm nə deməkdir...
Müqəddəs bir ümidsizliyin dərinliklərindən qopan bu yaşlar xoşbəxt payız zəmilərinə baxarkən və artıq geridə qalmış günləri xatırlayarkən ürəkdən qalxıb gözlərə dolur.
***
Həyatı son damlasınadək içəcəyəm...
***
Bilik tez gəlir, müdriklik isə zamanla ləngiyir.
***
Yarı-gerçək olan yalan, yalanların ən qaranlığıdır.
***
Bəzən ürək gözün görmədiyini görür.
***
Yuxular görüldüyü müddətcə həqiqətdir, məgər biz də yuxuların içində yaşamırıq?
***
Nəyinsə itirildiyinə dair o sakit hiss...