Arnold Şvartsenegger Trampı “Putinin kiçik fanatı” adlandırdı.
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktyor bu sözləri Tvitterdə deyib.
Şvartsenegger Putinlə Trampın görüşünü təsvir edərkən bildirib ki, sanki ABŞ prezidenti onun kiçik fanatıdır: “Tramp qurudulmuş makaron kimi dayanmışdı”.
- Azərbaycanda qeyri-adi teatr festivalı keçiriləcək
- Kəsilmiş qulağın xəcaləti – Yeni Hekayə
- “Multikulturalizm” jurnalının yeni sayı çıxdı
Aktyor daha sonra zarafatını davam etdirib: “Mən gözlədim ki, Tramp Putindən avtoqraf, ya da şəkil istəsin”.
Xatırladaq ki, Putinlə Trampın görüşü 16 iyulda Helsinkidə baş tutmuşdu.