Məşhur MFÖ qrupunun üzvü, türkiyəli müğənni və aktyor Özkan Uğura Atatürk Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, vida mərasimində mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, aktyor və aktrisalar Zəfər Alagöz, Çağla Şikel, Yılmaz Ərdoğan, Ozan Güvən, Cem Yılmaz və bir çox sənətçi iştirak edib.
Qrupun digər üzvləri Mazhar Alanson və Fuat Güner 52 illik dostları ilə səhnədə vidalaşıblar.
Mərasimdə Özkan Uğur haqqında çəkilən film də nümayiş olunub.
Qeyd edək ki, 2013-cü ildə limfa xərçənginə tutulan, xəstəliyə üç dəfə qalib gələn korifey musiqiçi iyulun 8-də vəfat edib.