Şerlok Holms muzeyi açılacaq

Şerlok Holms muzeyi açılacaq
18 dekabr 2017
# 17:42

2018-ci il yanvarın 6-da, Şerlok Holmsun doğum günündə Riqada bu məşhur ədəbi qəhrəmanın nadir minimuzeyi açılacaq.

Kulis.az azərtaca-a istinadən xəbər verir ki, muzey ekspozisiyası iki ən məşhur kinoholmsun – Vasili Livanov və Benedikt Kemberbetçin otaqları şəklində təqdim olunacaq.

Bu, kino ekranlarında ən yaxşı holmsların xarakterini açan dünyada ilk ekspozisiya olacaq. Otaqlarda interyer və rekvizit əşyalarından əlavə, çoxlu artefaktlar, həmçinin muzeyə gələnlərin filmlərə aid biliklərdən istifadə edərək, araşdırıb tapa biləcəkləri sirli, müəmmalı məqamlar olacaq.

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

# # #