Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
29 noyabr 2023
# 13:20

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 8 dekabr tarixində saat 09:15-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Kulis.az xəbər verir ki, vətəndaşlar 5 dekabr 2023-cü il tarixinə qədər Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin [email protected] elektron poçt ünvanı, (036) 545 02 52, (036) 545 72 11 telefon nömrəsi vasitəsilə qəbula yazıla bilərlər.

# 591 dəfə oxunub

Müəllifin son yazıları

# # #