Psixopatlar rep dinləməyi sevirlər?

Psixopatlar rep dinləməyi sevirlər?
27 sentyabr 2017
# 11:19

Psixopatlar hip-hop və R&B janrlı musiqiləri dinləməyi seçirlər. Bu nəzəriyyəni Nyu-York universitetinin alimləri irəli sürüblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, mütəxəssilər 200 könüllünün iştirakı ilə araşdırmalar keçiriblər. Onlar üçün 260 müxtəlif janrlı musiqi parçaları səsləndiriblər.

Eksperiment zamanı psixopatoloji sindrom əlamətləri olan insanlar reper Eminemin “Lose Yorself” mahnısının və Blackstreet kollektivinin “No Doggity” R&b trekinin pərəstişkarları çıxıblar.

Alimlər araşdırma nəticələrinin ilkin olduğunu açıqlayıblar. Universitet əməkdaşları öz tapıntılarını müxtəlif psixoloji pozğunluqları olan insanların iştirak etdiyi daha böyük miqyaslı eksperimentlərdə sınamaq istəyirlər.

İlkin ekperimentin nəticələrinə görə isə, ən az psixopatiya əlamətləri “The Knack” rok qrupunun “My Sharona” mahnısı və Sia-nın “Titanium” kompozisiyasının fanatlarındadır.

Bundan əvvəl isə Avstriya psixoloqları musiqi dinləyən kişilərin qadınların gözündə daha cazibədar olduqlarını ortaya çıxarmışdılar.

# 1575 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #