"Sözümün canı" çap olundu

"Sözümün canı" çap olundu
12 iyun 2019
# 14:13

“Adiloğlu” nəşriyyatında şair Mənsur Həsənzadənin şeir kitabı çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, “Sözümün canı” adlandırılan kitab şairin ilk kitabıdır.

Kitabda şairin lirik şeirləri çoxluq təşkil edir. Həmçinin, həyata, dünyaya münasibət, varoluş təbəddülatları, əbədi aktual mövzular da yer alıb. Kitabın redaktoru Adil Altun, ön sözün müəllifi Elməddin Mətləbdir.

Mənsur Həsənzadə 1981-ci ildə Qazax rayonunun Çaylı kəndində doğulub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Şeirləri bundan əvvəl qəzet, jurnal və toplularda çap olunub.

# 1856 dəfə oxunub

Müəllifin son yazıları

# # #