Hollivuddan 1 milyard dollar tələb edən çeçen

Hollivuddan 1 milyard dollar tələb edən çeçen
16 mart 2015
# 15:22

Məşhur Hollivud rejissoru Ceyms Kameron onu məhkəməyə verən çeçen yazar Ruslan Zakriyev haqqında qarşılıqlı iddia qaldıra bilər. Kulisin aif.ru saytına istinadən verdiyi məlumata görə rejissorun nümayəndəsi Tom Klansi yazara məktub yazaraq şər və böhtanı dayandırmağı tələb edib.

Kameronun nümayəndəsi bildirib ki, əgər çeçen yazıçı məhkəmə iddiasını geri götürməsə onlar da məhkəməyə müraciət edəcəklər. Tom Klansın fikrinicə yazıçı bu addımı ya imkansızlıqdan atıb, ya da bu, Rusiyaya sanksiyalar tətbiq etmiş ABŞ-a cavabdır.

Xatırladaq ki, 55 yaşlı çeçen yazıçı Ruslan Zakriyev məşhur fantastik film “Avatar”ın müəllifi Ceyms Kameronu plagiatlıqda ittiham edib. Ruslan Zakriev iddia edir ki, Kameron “Avatar”ın ssenarisini onun 1996-cı ildə yazıb 2002-ci ildə çap etdirdiyi, internetdə də yayılan “Gizli silah” romanı əsasında yazıb. Zakriyevin iddiasına görə, Kameron ona filmin gəlirinin üçdə birini- yəni, bir milyard dollar verməlidir.

# 933 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #