Vaqif Bayatlıdan xəbər var

Vaqif Bayatlıdan xəbər var
16 sentyabr 2016
# 13:48

Tanınmış şair Vaqif Bayatlının səhhətində cüzi də olsa irəliləyiş var.

Bu barədə Kulis.Aza şairin həyat yoldaşı Tamam Bayatlı məlumat verib.

O, bildirib ki, Vaqif müəllim ev şəraitində müalicəsini davam etdirir: “Ümidimizi üzmürük. Cüzi də olsa irəliləyiş hiss olunur. Çox zəifləyib arıqlasa da, yataqda deyil. Evdə gəzə, qolundan tutub kömək edəndə həyətə düşə bilir. Yaddaşında heç bir problem yoxdur. Yaradıcılığını davam etdirir. Ancaq hələ ki, kiminləsə görüşməyinə həkimlər icazə vermir. Bunu özü də istəmir. Bir az özünə gəlməlidir.”

Xatırladaq ki, Vaqif Bayatlı avqust ayında ürək və beyin əməliyyatı üçün Türkiyənin Memorial xəstəxanasına getmişdi, ancaq son anda həkimlər onun əməliyyat olunmasını məsləhət bilməmişdilər, bir müddət müalicə alıb Bakıya qayıtmışdı.

# 937 dəfə oxunub

Müəllifin son yazıları

# # #