Bərpa olunmuş eksponatlarla bağlı müzakirə aparılıb

Bərpa olunmuş eksponatlarla bağlı müzakirə aparılıb
6 oktyabr 2025
# 14:00

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində (MSXƏEBM) Elmi Bərpa Şurasının növbəti iclası olub.

Kulis.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.

Bildirib ki, iclasın gündəliyinə uyğun olaraq Azərbaycan Dövlət Rəsm Qalereyasının və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin bərpa olunmuş eksponatlarının nəticələrinə baxış keçirilib, həmçinin Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə məxsus xalça nümunəsinin bərpa prosesi müzakirə olunub.

Müzakirəyə təqdim edilən bərpa olunmuş əşyalar əsasən heykəltəraşlıq, qrafika, rəngkarlıq əsərlərindən ibarət olub. İclasda Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva və bərpaçı-rəssamlar əşyalar üzərində aparılan bərpa və konservasiya prosesləri barədə məlumat verib.

Sonda şura üzvləri təqdim olunan eksponatların bərpa işlərinin məqsəd və prinsiplərə uyğun şəkildə aparıldığını vurğulayaraq görülən işləri qənaətbəxş hesab ediblər.

Qeyd edək ki, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər