Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
29 aprel 2015
# 11:43

“A studio” qrupunun solisti, məşhur qazax müğənni Batırxan Şukenev vəfat edib. Kulisin Lenta.ru-ya istinadən verdiyi xəbərə görə müğənni ürək iflicindən dünyasını dəyişib.

Batırxan Şukenev 1962-ci ildə Qazaxıstanda doğulub. 1988-ci ildə dostları ilə “A studio” qrupunu yaradıb və onun solisti olub. Ansambl “Culiya”, “Sevgi əsgəri”, “Bu isti yay günləri”, “Sevilməyən” hitləri ilə məşhurlaşıb.

Artist qrupu 2000-ci ildə solo karyerasına görə tərk etmişdi.

# 1667 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #