Dünya şöhrətli aktyor vəfat etdi

Dünya şöhrətli aktyor vəfat etdi
6 sentyabr 2021
# 18:43

Dünya şöhrətli fransız aktyor Jan-Pol Belmondo vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə "Frans-Press" məlumat yayıb.

Aktyor 88 yaşında dünyasını dəyişib.

1933-cu ildə Parisdə dünyaya gələn aktyor 1957-ci ildə ilk filminə çəkilib. Ona məşhurluğu isə Jan-Lyuk Qodarın “Son nəfəsdə” filmi gətirib. Bundan sonra bir çox macəra və komediya filmlərində yer alan aktyor ümumilkdə 81-dən çox filmdə oynayıb.

O, ən yaxşı kişi roluna görə 1989-cu ildə “Sezar” mükafatı laureatına, 2011-ci ildə "Qızıl Palma budağı" mükaftına, 2016-cı ildə isə "Qızıl şir" mükafatına layiq görülüb. Fəxri Legion ordeninin komandoru olub.

# 2322 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #