Kənan Hacıya ev verildi

Kənan Hacıya ev verildi
19 iyul 2017
# 17:11

Tanınmış yazıçı-jurnalist Kənan Hacıya jurnalistlər üçün nəzərdə tutulmuş binadan mənzil verildi.

Bu barədə yazıçının həyat yoldaşı İlhamə Dağlı öz facebook profilində məlumat verib. O, ailəsinə yaxından dəstək olduğu üçün ölkə başçısına minnətdarlığını bildirib.

Xatırladaq ki, Kənan Hacı Hepatit C xəstəliyindən əziyyət çəkir. O, müalicəsi və həyat şəraitinin yaxşılaşdırılması üçün ölkə rəhbərliyinə müraciət etmişdi.

# 981 dəfə oxunub

Müəllifin son yazıları

# # #