Narıngülün kitabı çıxdı

Narıngülün kitabı çıxdı
14 sentyabr 2016
# 11:34

Bu günlərdə yazıçı Narıngülün “Qar çiçəyi” adlı yeni nəsr kitabı çapdan çıxıb. Kulis.azın məlumatına görə kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunub.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı hekayələr və esselər daxil edilib.

Müəllifin məxsusi təhkiyəyə və koloritli bədii dillə qələmə aldığı əsərlərdə qadın psixologiyasının açılması, fərdi insan düşüncəsinin lirik dillə sərgilənməsi əsas yer tutur.

Kitabın redaktoru yazıçı-publisist Hicran Hüseynovadır.

Qeyd edək ki, müəllifin bundan əvvəl 2 şeir və 1 nəsr kitabı işıq üzü görüb.

# 962 dəfə oxunub

Müəllifin son yazıları

# # #