Məşhur yazıçı dünyasını dəyişdi

Məşhur yazıçı dünyasını dəyişdi
17 iyul 2019
# 13:21

Məşhur İtaliya yazıçısı Andrea Kamilleri 93 yaşında vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı bir aya yaxın idi ki, süni nəfəs aparatın qoşulmuş koma vəziyyətində idi.

Andrea Kamliieri 1925 ci ildə Siciliyada doğulub. 1945-ci ildən şeir və hekayələrini dərc etdirib. 1978-ci ildə “Əşyaların gedişi” adlı ilk romanı çap olunub. 1994-cü ildə ona dünya şöhrəti gətirən “Suyun forması” detektivini yazır ki, bu kitabda Kamillerinin əsas qəhrəmanı – polis komissarı Salvo Montalbano ortaya çıxır. Montalbano haqda kitablar yazıçıya dünya şöhrəti gətirir və kitabları dünyanın onlarla dilinə çevirilir.

# 2093 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #