Bakıda sərgi keçirilib

Bakıda sərgi keçirilib
2 iyul 2019
# 16:42

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi keçirilib.

APA-nın məlumatına görə, sərgidə Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğızıstan xarici işlər nazirinin müavini Nuran Niyazəliyev və başqa qonaqlar iştirak ediblər.

Nuran Niyazəliyev çıxışında iki ölkə arasındakı münasibətlərə toxunub: "İki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq hər zaman uğurla aparılıb. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk".

Sevda Məmmədəliyeva qeyd edib ki, Dünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil, bu çərçivədə müxtəlif mədəni, tarixi və maddi-mənəvi miraslara həsr olunmuş sərgilər keçirilir: "Bu baxımdan bu gün Qırğızıstana həsr olunmuş sərginin açılışındayıq. Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir".

Sonra qonaqlar sərgi ilə tanış olublar.

# 1965 dəfə oxunub

Müəllifin son yazıları

# # #