Murakami "dicey" oldu

Murakami "dicey" oldu
25 iyul 2018
# 16:22

Haruki Murakami Tokio radiosunda DJ kimi ilk dəfə çıxış edib.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, məşhur yazıçı və caz musiqisinin həvəskarı Haruki Murakami Tokio-fm radiosunda dicey kimi çıxış edib.

55 dəqiqəlik şou verlişdə Yaponiya ədəbiyyatsevərləri və radio dinləyiciləri yazıçının dilindən caz və ədəbiyyatla bağlı söhbətlərini, həmçinin gənclik illərində başına qələn məzəli əhvalatlar da eşidəcəklər. Verliş zamanı Murakami məşhur romanı “Norveç meşəsi” barədə danışmağı unutmayıb.

Verlişin səs yazısı avqustun 5-də yayımlanacaq.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #