Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”

Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
18 sentyabr 2021
# 12:40

“Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalını qeyd edirik. Bu, tarixi, əlamətdar bir gündür”.

Bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.

A. Kərimov deyib ki, hər il musiqi festivalı keçirilir: “Bu il keçirilən festivalın özəl bir xüsusiyyəti var, doğma Qarabağımız, Şuşamız azaddır. Musiqi festivalını qalib əhval ruhiyyədə keçiririk. Qalib xalqın mədəniyyətini Şuşada da nümayiş etdiririk. Bu festivalın bir konserti də Şuşada təşkil olunur. Biz çox sevinirik ki, nəhayət, uzun fasilədən sonra Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, bizim musiqi günümüz Şuşada keçirilir. Azərbaycan xalqı buna sevinir, Üzeyir Hacıbəyovun ruhu şaddır. Bundan sonra festivallarımızı daha çox Şuşada keçirəcəyik. Beləliklə də Şuşaya onun ruhunu, mədəniyyətini qaytaracağıq. Gələcəkdə mədəniyyət tədbirlərimizi də Şuşada keçirməklə Şuşanın mədəniyyət paytaxtı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olmasını bir daha dünyaya nümayiş etdirəcəyik”.

# 1766 dəfə oxunub

Müəllifin son yazıları

# # #