Xalq yazıçısı Anarın yeni kitabı çap olunub

Xalq yazıçısı Anarın yeni kitabı çap olunub
20 fevral 2025
# 10:12

Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəslə həsr olunub, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək, ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edib.

608 səhifəlik bu kitab Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa edilmiş “Yazıçı” nəşriyyatının məhsuludur.

Kitaba ön sözü akademik Nizami Cəfərov yazıb. Kitabın nəşriyyat redaktoru Varisdir.

# 407 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #