Pantomimada “Underground” nümayiş ediləcək

Pantomimada “Underground” nümayiş ediləcək
10 fevral 2020
# 16:35

Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında yeni tamaşalardan olan - “Underground” fevralın 22-də növbəti dəfə nümayiş ediləcək.

Kulis.az xəbər verir ki, tamaşada teatrın yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcək.

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

# 1602 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #