Xalq artistinə ağır itki üz verdi - Foto

Yalçın Adıgözəlov. Bəstəkar

Yalçın Adıgözəlov. Bəstəkar

26 yanvar 2022
# 10:00

Tanınmış bəstəkar, Bakı Musiqi Akademiyasının Drijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlova ağır itki üz verib.

Kulis.az xəbər verir ki, bəstəkarın anası Xalidə xanım dünyasını dəyişib.

Qeyd edək ki, bu barədə tanınmış həkim Adil Qeybulla feysbukda paylaşım edib.

Mərhumun cənazəsi sabah saat 11-də Bakı şəhəri, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi), 23 ünvandan - Bəstəkarlar binasının həyətindən götürüləcək və dəfn üçün Quba şəhərinə aparılacaq.

# 3441 dəfə oxunub

Müəllifin son yazıları

# # #