Xalq artisti yol qəzasına düşdü - Vəziyyəti ağırdır

Xalq artisti yol qəzasına düşdü - Vəziyyəti ağırdır
22 avqust 2026
# 14:03

Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Xalq artistinin qəzaya düşməsinin təfərrüatları haqqında onun bacısı oğlu məlumat verib.

Bildirilib ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurub.

Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.

Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

# 138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər