Əli Əmirlinin yeni kitabı çıxıb

Əli Əmirlinin yeni kitabı çıxıb
24 may 2021
# 10:30

Kulıs.azın verdiyi xəbərə görə, "Pərdəsiz" adlanan kitab "Zərdabi-Nəşr"də çap edilib.

Kitaba Azərbaycan Dövlət Akademik Milli Dram teatrında Xalq artisti Azər Paşa Nemətovun qurluşunda uğurla tamaşaya qoyulmuş "Şah Qacar" tarixi dramı ilə bərabər, "Ünvansız qatar", "İki aktrisa üçün baş rol", "Premyera", "Gözəllik imperiyası", "Nuri-didə Ceyhun", "Ah, bu uzun sevda yolu", "Sevgilim Sumqayıt", "Pərdəsiz" kimi pyesləri ilə yanaşı, Lev Tolstoyun "Hacı Murad" povesti əsasında səhnələşdirdiyi eyni adlı tarixi dram və Kalmık Milli Dram teatrının sifarişi ilə Kalmık ədəbiyyatının klassiki Sanci Balıkovun əsərlərinin motivləri əsasında rus dilində yazdığı "Gözlə məni" ("Жди меня") iki hissəli tale dramı da daxil edilib.

Xatırladaq ki, bundan əvvəl yazıçının "On beş pyes", "Hasarın o üzü" kitabları çap olunmuşdu.

# 1077 dəfə oxunub

Müəllifin son yazıları

# # #