Xalq artisti tanışını baltaladı

Xalq artisti tanışını baltaladı
23 iyul 2024
# 11:04

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib.

Kulis.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

# 973 dəfə oxunub

Müəllifin son yazıları

# # #