Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirildi
16 sentyabr 2025
# 11:03

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Almaniyadan Azərbaycana gətirilib.

Kulis.az APA- ya istinadən xəbər verir ki, onun nəşini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları və sənət dostları qarşılayıblar.

Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra onun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər