Fevralın 12-də Milli Kitabxanada klassik Azərbaycan muğamlarının qorunub saxlanılmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi, görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyi münasibətilə “Xalq artisti Bəhram Mansurov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kulis.az xəbər verir ki, sərgidə muğamı qüsursuz səsləndirən, fitri istedada malik, mahir tarzən Bəhram Mansurovun qramplastinkalara köçürülmüş tar ifaları, Azərbaycan musiqi tarixindəki xidmətləri, sənətkarın yaradıcılıq yolu, incəsənət xadimlərinin xatirələri, bənzərsiz sənət dünyası, qoyduğu irs haqqında ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.