Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə
25 noyabr 2026
# 12:27

Kulis.az Səid Nəzərlinin "Varoluş" hekayəsini təqdim edir.

– Ana, məni yenə işə qəbul etmədilər.

Bu, Frederikdir. O, bir az tənbəldir. Yaxşı, doğrusunu deyək, o, çox tənbəldir. Məktəbdə də çox bacarıqlı olduğu deyilə bilməzdi. Əslində, kiçik yaşlarda çox çalışqan idi. Valideynləri onunla fəxr edir, başqa valideynlər isə onu öz uşaqlarına nümunə olaraq göstərirdilər. Hər şey yerli-yerində, bir dərs belə qaçırmadan hər testdən yüz alırdı. Müəllimləri onun istedadına heyranlıqla baxır, onu xüsusi məktəbdə gözlədiklərini söyləyirdilər. Frederik də bunu sevirdi. Çünki ətrafdakı hamının gözü onda idi. Atası: – Özünlə fəxr etməlisən, oğul, – deyə onu ruhlandırır, anası isə statusda “Afərin mənim balama, o, gələcəyin səciyyəvi adamlarından biri olacaq” deyə hər kəslə paylaşırdı. Bəziləri təbrik edir, bəziləri isə qısqanır və öz uşağına qışqırırdı. Uşaqlar ailələrindən gördükləri bu davranışla Frederikin arxasından danışır, onunla dostluqlarını bitirirdilər. Bu, beləcə də davam etdi. İlk vaxtlar bu, Frederikin dərsinə mane olmurdu. Amma vaxt keçdikcə dərsləri zəifləməyə, 100-dən 90-a, 90-dan isə 70-ə düşdü. Ailə birinci “Heç nə olmaz, bir dənə dörd nədir ki?” deyə söhbəti keçişdirirdi. Amma vaxt keçdikcə dörd almağa davam edir, hətta daha da düşürdü. Atası ilə anası bu gözlənilməz vəziyyətdə qaldıqlarını görüb onu hazırlıqlara, evdə əlavə dərslərə, məktəbdəki dərsin üstünə də iki dərs əlavə etdilər. Yenə heç bir dəyişiklik olmadı. Tək dəyişiklik evə saat gecə 1-də gəlməsi və daha da yorğun olması idi. Ananı qısqanan valideynlər test qiymətlərini göndərib onu əsəbləşdirmək istəyir, hətta daha irəli gedib “Oğlum testdən 90 aldı, Frederikdən yüz faiz daha yaxşıdır” yazanlar da vardı. Ana çarəsiz qalır və yazılanları oxumaqla yetinirdi. Ata işə utana-utana girir, “Eşidibsiniz, mənim mərd oğlum yüz alıb” deyə deyənləri eşidirdi. – Bəs sənin oğlun neçə alıb, Holmt? – Mənimki... – Eşitməyibsiz, iki alıb e. – Holmt, həqiqətən, sənin oğlun iki alıb?

Ata səsini çıxarda bilmədi. Hamı qəhqəhə vururdu. O öz otağına keçib tez otağı bağladı. Belə-belə beş il keçdi, artıq Frederik sinfin ağıllısı yox, sinfin ləkəsi idi. Frederik yenə məktəbə gedirdi. Məktəbin qabağında böyük bir izdiham var idi. O, skamyanın üstünə çıxıb yekə bir kağız görəndə hər şey dəyişdi. Elanda “Kiçik-kiçik testlər artıq burada qadağan edildi. artıq bir ədəd vacib və bütün karyeranıza aid qiymətləndirmə yazılacaq” deyə oxudu. Evə gələndə anası və atası düz qapının yanında idi. Ata: – Oğul, bu, digərlərinə bənzəməz. Bu sənin həyatını dəyişdirəcək məqam ola bilər.

Ana: – Bəli, oğul, bu sənin biznesmen, yoxsa yer təmizləyəcəyinin bir yol ayrımıdır. Bax, bala, həyatını uduzaraq keçirməkdən yorulmadınmı? Mən bilməliyəm ki, sən bizdən ayrılandan sonra özünə baxa biləcəksənmi?

Frederik səhərəcən dərs etdi. Anası oğluna “uğurlar” kofesi hazırladı. Alnından öpüb məktəbə yolladı. Məktəbə gedəndə oxuduqlarını təkrarlayır, bəzən də özündən sual hazırlayıb onu cavablayırdı. Məktəbin qapısına çatanda dərindən nəfəs aldı və verdi. Üzündə gülümsəmə ilə məktəbin o yekə qapılarından içəri girdi. Qapıçılar onu görüb bir otağa dəvətsayağı apardılar. Onunla birlikdə bir neçə uşaq da orada idi. Otaq çox balaca və insanı çatladan kimi idi. İçəriyə gün işığı belə girmirdi. Tək bir lampa ilə otaq aydınlanırdı. Həyəcan hamını bürümüşdü. Müdir qarşılarına çıxıb: – Hər uşaq öz adının yazılı olduğu partaya otursun. Sizə bir karandaş və bir kağız veriləcək. Partanın üstündə olan kağızda suallar var. Sizə verilən kağızda sualın cavabının variantı verilən xananı doldurun. Karandaş lazım olanda əlinizi qaldırın və biz də təzə karandaş verək. Hamıya uğurlar...

Müdir bunu deyib otaqdan çıxdı. Frederik kağıza baxdı, asan suallar idi. Tez başladı. O, titrəyən əlləri ilə xanaları işarələyir, düzgün olmasını diləyirdi. Artıq o, sonuncu suala çatmışdı. Sual 300 ballıq idi. Ona görə də bunu səhv etmək olmazdı. O, sualı oxudu, başı qarışmış kimi idi. Sual belə idi: “Siz bu fani dünyada özünüzü nə olaraq görürsünüz?” Əslində, sual çox asan idi. Amma Frederik üçün bu sual heç nə bildirmirdi. Frederik “insan” yazdı. Evə gələndə üzü gülürdü. Çünki özündən əmin idi. Cavablar çıxanda Frederik ən altda idi. Dizlərinin üstünə düşdü. Ağlamağa başladı: – Mən özümə nifrət edirəm. nifrət. bütün həyatım bundan asılı idi. mən daha belə olmaq istəmirəm. mən artıq mən olmaq istəmirəm!

Hamı ona baxır, “Yazıq” deyə mırıldanırdı.

5 il keçmişdi, o artıq iş axtarırdı. Amma heç kəs onu işə almırdı. Anasına zəng edib: – Ana, məni yenə işə qəbul etmədilər, – dedi.

Ana: – Sənə daha bu evdə yer yoxdur, qovulursan!

Frederik indi nə edəcəkdi? Qalacağı bir evi yox, yeyəcək yeməyi yox, onu isti saxlayacaq paltarları yox, ən əsası isə artıq bir ailəsi də yox idi. Qarşıda bir skamya görüb ora tərəf çevrildi. Beynində sanki bir zəlzələ olmuşdu. Bəli, o, hal-hazırda nə edirdi? Belə həyatı qəbullanmaq bu qədərmi asan idi? Onun zəng etməyə konturu vardı. Amma ailəsi ilə danışmağa cəsarəti var idimi? O artıq hansı üzlə onlarla danışacaq, üzr istəyəcəkdi? Telefonu açdı. Dərindən nəfəs aldı. “Zəng et” düyməsinə basdı. Danışan zaman son qalan konturunu da itirmişdi. Telefonu söndürdü və yerə atdı. Təkrar skamyaya dönüb yeridi. Hər addımda daha da sarsılır, ağlayırdı. Skamyaya oturdu. Əlini skamyaya qoymaq istəyəndə əli skamyanın içindən keçdi. Birinci buna fikir vermədi. Sonra əlini dayaq kimi istifadə edə bilmədiyini gördü. O, şokda idi. Gözlərini ovuşdurdu. Yorğun idi, yəqin, ondan beyni ona zarafat edirdi. Gözləri bir dəlinin gözləri kimi açıldı. Əlini çıxardı və yenə skamyaya tərəf apardı. Əli yenə içindən keçdi. Sonra oturduğu yerdən asfalta düşdü. Ətrafa baxdı. Həqiqətən, burada nə avaz var idi ki, hər şey belə tərs gedirdi? Skamya yox idi. Frederik az öncə burada bir skamya olduğuna and içə bilərdi. Ətrafdakı insanlara tərəf çevrildi. Hər kəsə nəzər saldı. Heç kim heç nə görməmiş kimiydi. Küçənin kənarında oturan iki dostdan burada nə olduğunu, bunun bir zarafat, yoxsa dəcəllik olduğunu soruşdu. Hər iki dost da ona dəli kimi baxırdılar. Sonra kənarda itib geri gələn bir zibil qutusu gördü. Qaçdı və zibil qutusuna toxundu. Birdən ağappaq bir otağa çəkildi. Yaşlı bir kişi bir taxtda oturmuşdu. Frederik: – Mən haradayam və siz kimsiniz? – Mən reallığı qoruyanam. – Adınız yoxdur? – Xeyr, mən sadəcə reallığı qoruyuram. – Bəs mən burada nə edirəm? – Sən skamyaya əlini qoymadın? – Bəli, qoydum. – Amma əlin içindən keçdi, elə deyilmi? – Bəli, keçdi. – Və sən də o gliçlənməyi gördün. – Bəli, və siz niyə belə qısa-qısa danışırsınız? – Mənim xasiyyətim belədir. Nə isə, sən onu gördünsə, demək ki, məndənsən. Əslində, mən buraya gələndən belə qoca deyiləm, mən də sənin kimi cavan idim. Amma indi qocalmışam. – Sizin neçə yaşınız var ki? – 1456. Bəli, azdır, amma yaxşı iş görmüşəm indiyə qədər. – Mən niyə seçildim? Mən normal həyatda belə seçilə bilmirəm. – Digər insanlar sənin, mənim kimi bu səhvləri görmürlər, ya da hiss edə bilmirlər. Mən qocalmışam. Daha onları gizlədə bilmirəm. Amma sən, sən cavansan, bu iş üçün ən idealsan. Mən bu yerdən çıxandan sonra bütün gücüm sənə keçəcək.

Frederik: – Göndər gəlsin.

Qoca kişi parıltılarla bir yerdə oradan yox oldu.

Frederik yenə küçəyə atılmışdı. Sevincindən rəqs edirdi. Bir tərəfə baxdı və artıq ikiqatlı bir evi var idi. Sonra paltar mağazasına tərəf getdi. Bir çırtma ilə artıq sərgilənən paltarlar ilə onun paltarları yer dəyişdirdi. Sonra maşın sərgisinə getdi. Orada işləyən “Ser, nə lazımdır?” demədən Frederik: – Heç, sadəcə baxmağa gəlmişdim, – dedi. Cibinə əlini apardı və orada baxdığı maşının açarı. Sərgi binasının qabağında da o maşın peyda oldu. Onun sürücülük vəsiqəsi yox idi. Ona görə də: – Abrakadabra, ikiillik sürücü olaraq, – dedi və artıq normal bir sürücü idi. Frederik düşündü: “Mən ancaq özümə yaxşılıq edirəm, niyə hər insanın istədiyi qədər yeməyi olmasın ki? Artıq heç kəs aclıq çəkməyəcək” deyə düşündü və diləyi gerçək oldu. Evinə girib televizorunu açdı. Xəbərlərdə bir insanın çox yediyi üçün xəstələndiyi, yerindən tərpənə bilmədiyi deyilirdi. Frederik təlaşlandı. Televizoru söndürdü. Tez: “Yalnızca çox ehtiyacı olan insanlar istədiyi qədər yeməyə və ərzağa sahib olsun”, – dedi. Televizoru açdı. Hər şey yoluna girmişdi. Rahatlayıb bir oyun kompüteri istədi. Masasının üzərində böyük ekranlı, rəngli klaviaturaya sahib bir oyun kompüteri peyda oldu. Saatlarla oynadı. Anası isə peşman olmuş, Frederikin yerdə olan telefonuna zəng etməyə çalışırdı. Anası həyəcanlanmağa başladı. – Görəsən, Frederik yaxşıdır? Əsəbləşdim, amma yenə də oğlum üçün narahat oluram. Bəlkə, başına iş gəlib?

Frederik isə o zaman oyun oynayır, anası yadına belə düşmürdü. Nəhayət, oynamağı bitirən Frederik uzanmaq üçün bir yataq istədi və orada yatdı. Səhər oldu. Frederik oyandı. Görəsən, bu gün nə edim? – Görəsən, bu gün nə edim? İnsanın hər şeyi olanda nə edəcəyini bilmir. Hovuz? Yox e, hələ yay deyil. Bəs “Rolex”? Yox e, olar, amma mən işə də getmirəm, bir şey də etmirəm. Mənim heç bir işimə yaramaz. Bir saata baxım. Hə, indi yadıma düşdü, telefonum həyətdə, yerdədir. Of, indi onu götürüb təmir etdirmək var. Dayan e, telefon istəyirəm. Bax belə. O birisi telefonumdakı hər şeyi bu telefona köçür. Hə, indi lap dairəsinə oturdu. Dayan, telefon demişkən, anam. Anam narahat olub yəqin. Tez zəng edim. Salam, ana, necəsən? – Ay bala, sağsan? Heç nə olmayıb ki sənə? Küçəyə bax, məni qorxutdu e. Çox sevindim, oğlum mənim, istəyirsən, gəl evə, narahat olma, təki sən yaxşı olasan.

Frederikin beyni parçalandı. Anasına “Mənim güclərim var” demək istəyirdi, amma sanki nitqi tutulmuşdu. Gücü ilə anasının yanına gedə bilərdi, amma etmədi. O düşündü: “Mən bu həyata layiq deyiləm, nə üçün başqaları əziyyət çəksin, mən layiq belə olmadığım həyatı yaşayım?” Ana və atası bu çətinliklərlə, onun pis oxumağı ilə sehrli güclərlə bərpa etmədilər. Frederik bu gücü buraxmanın axmaqlıq olduğunu bilirdi. Amma bundan imtina etməmək də axmaqlıq olardı. Son dəfə də olsa, “Mən o imtahana getmək istəyirəm”, – dedi. İmtahandaydı, heç bir suala baxmadan birinci sonuncu suala baxdı və “yeni bir həyat” yazdı. Sonra digər sualları etdi. İmtahandan tam qiymət aldı və bütün gücünü digər insana buraxdı. Böyüdü, əla iş tapdı, ailə qurdu, ailəsinin qüruru oldu və qocaldı. O, həyatından məmnun idi. O, çox böyük bir gücdən imtina etdi və o gücü itirdi, amma tək bir şeyi – geri döndürülə bilməyən həyatını qazandı.

Hər insan Frederik kimi olmalı deyil. amma onun kimi həyatını qazanan olmalıdır.

# 38 dəfə oxunub

Oxşar xəbərlər

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

11:00 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

10:31 25 noyabr 2026
Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün Kəlbəcər Şəhəri Günüdür

09:52 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər