Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı
25 noyabr 2026
# 13:46

Məşhur musiqi plartforması “Tidal” süni intellekt vasitəsilə yaradıldığı müəyyən edilən bütün mahnıların qadağan edildiyini və kataloqdan çıxarılmağa başlandığını açıqlayıb.

Kulis.az xəbər verir ki, 9 dekabr tarixində qüvvəyə minəcək qərarın məqsədi texnologiyanın inkişaf etdiyi dövrdə musiqi sənayesində ədaləti və iqtisadi möhkəmliyi təşviq etməkdir.

“Tidal” rəhbəri Robert Anderson bildirib ki, son 90 gün ərzində platformaya göndərilən treklərin 43 faizi süni intellekt məhsulu kimi müəyyən edilib.

Onun sözlərinə görə, süni intellektlə yaradılmış mahnıların 96 faizi heç vaxt dinlənmir və bu addım kataloqdan təxminən 29 milyon parçanın silinməsinə şərait yaradacaq.

Şirkət bir neçə ay əvvəl tamamilə süni intellektlə yaradılan trekləri etiketləyərək onlardan gəlir əldə etməyi dayandırsa da, bunun yetərli olmadığı anlaşılıb.

Qeyd edək ki, hazırda platforma gündəlik 80–85 min mahnını rədd edir və yeni ilin əvvəlinədək bütün bu treklərin bazadan tam silinməsi gözlənilir.

# 55 dəfə oxunub

Oxşar xəbərlər

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
Varoluş - Yeni hekayə

Varoluş - Yeni hekayə

12:27 25 noyabr 2026
Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

Efiopiyaya 5 əsrlik dini əmanətlər qaytarıldı

12:03 25 noyabr 2026
Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

11:00 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər