Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25 noyabr 2026
# 11:00

Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı ekspert qrupu yaradılıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, ekspert qrupunun tərkibində Rəssamlar İttifaqının və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri yer alıb.

Ekspert qrupu heykələ baxış keçirib, lövhə hissəsindəki yazının aradan qaldırılması istiqamətində işlərə başlamaq üçün ilkin istiqamətləri müəyyənləşdirib.

Qeyd edək ki, heykəlin lövhə hissəsində rus dilində “Nəvəm İsmayıl Atakişiyevə həsr olunur – İbrahim Zeynalov” sözləri yazılıb. Heykəlin müəlliflərindən biri İbrahim Zeynalov olub.

Xatırladaq ki, heykəlin postamentindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

# 59 dəfə oxunub

Oxşar xəbərlər

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

Buker mükafatına namizəd olmuş yazıçının yeni romanı

11:01 25 noyabr 2026
Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı

10:46 25 noyabr 2026
Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

10:31 25 noyabr 2026
Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün Kəlbəcər Şəhəri Günüdür

09:52 25 noyabr 2026
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanıldı

Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanıldı

09:34 25 noyabr 2026
"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər