Avstraliya mərkəzli “Macquarie” lüğətinin ekspertlər komitəsi daxili kamera və süni intellekt köməkçiləri ilə təchiz olunmuş ağıllı eynəklərə verilən tənqidi ləqəbi — “pervert glasses” ("pozğun eynəklər") ifadəsini 2026-cı ilin sözü elan edib.
Kulis.az xəbər verir ki, komitə bu seçimin dünyanın 2026-cı ildəki vəziyyətinin yığcam əksi olduğunu açıqlayıb.
İnsanın icazəsi olmadan gizli foto və video çəkmək, həmçinin səs yazmaq riski yaradan bu cihazlar bütün dünyada ciddi etirazlarla qarşılanıb.
Artıq İngiltərə və Uels məhkəmələrində ağıllı eynəklərdən istifadə qadağan edilib, Böyük Britaniyadakı kinoteatrlar və Avropa məlumat məxfiliyi qurumları da oxşar məhdudiyyətləri nəzərdən keçirir.
“Macquarie”nin finalçıları arasında süni intellektlə insanların rəqəmsal olaraq çılpaqlaşdırılmasını ifadə edən "nudify", "AI;DR", "agentic" sözləri yer alıb.
Qeyd edək ki, 2026-cı il üzrə Kembric Lüğəti "human", Kollinz Lüğəti "mogging", “Dictionary.com” isə "maxxing"i ilin sözü seçib.