Avqustun 1-dən etibarən Azərbaycan Milli Xalça Muzeyi yenilənmiş ekspozisiyası ilə ziyarətçilərin istifadəsinə veriləcək.
Kulis.az xəbər verir ki, muzeydən verilən məlumata görə, ziyarətçilər sabahdan etibarən bu möhtəşəm məkanda heç vaxt görmədikləri, bir-birindən dəyərli, rəngarəng xalçalarla tanış ola, onlardan zövq ala biləcəklər.
Xatırladaq ki, Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar fəaliyyətini dayandırmışdı.
AZƏRTAC