Məşhur filmin davamı yayımlandı

Məşhur filmin davamı yayımlandı
2 sentyabr 2022
# 18:28

“Amazon” studiyasının istehsal etdiyi 2022-ci ilin ən gözlənilən ekran işlərindən biri olan “Üzüklərin hökmdarı: Güc üzükləri” filminin ilk iki bölümü “Prime Video” yayım platformasında nümayiş olunub.

Kulis.az xəbər verir ki, növbəti mövsümün ilk bölümü “Keçmişin kölgəsi”, ikincisi isə “Dalğaların iradəsi ilə” adlandırılıb. Hər iki bölüm bir saatdan çox davam edir.

Rejissoru Xuan Antonio Bayona olan filmin hadisələri Con Ronald Ruel Tolkinin qeydlərinə əsaslanır.

Filmin iki mövsümünün büdcəsi müxtəlif mənbələrə görə 1 milyard dollara başa gəlib və bunun sayəsində layihə rekordçular siyahısında yer alıb.

# 1154 dəfə oxunub

Müəllifin son yazıları

# # #