"Vinni Pux: Qan və Bal" qorxu filminin treyleri yayımlandı

"Vinni Pux: Qan və Bal" qorxu filminin treyleri yayımlandı
1 sentyabr 2022
# 14:00

“Dread Central” studiyasının istehsalı olan "Vinni Pux: Qan və Bal" qorxu filminin tizer-treyleri yayımlanıb.

Kulis.az xəbər verir ki, ekran əsərində məşhur axmaq qoca ayı Vinni Pux və onun donuz dostu Pyataçok hekayənin bu versiyasında əsl sadist manyaklara çevrilirlər.

Layihənin rejissoru Ris Freyk-Uoterfild bu ekran əsərini əsl qorxu filminə çevirmək qərarına gəlib.

“Əsas personajların görünüşləri yenidən işlənərək qorxu janrına uyğunlaşdırılıb. Filmin pərəstişkarları bu yeni və fərqli ekran əsərini izləyə bilmək üçün bir az səbir etməli olacaqlar”, - deyə filmin rejissoru vurğulayıb.

# 1275 dəfə oxunub

Müəllifin son yazıları

# # #