"Sən məni Allah bilirdin..." - Günün şeiri

"Sən məni Allah bilirdin..." - Günün şeiri
18 avqust 2025
# 10:16

18 avqust şair, yazıçı, kinodramaturq İlqar Fəhminin doğum günüdür.

Kulis.az bu münasibətlə şairi təbrik edir və onun "Olmadım" şeirini təqdim edir.

Ömür gedir oyun kimi

Keçir ələkdən un kimi

qəfil gələn qurşun kimi

Doqquz qram da olmadım.

Əgər fələk qoyubsa mat

Gözünü açma, durma, yat

Qırıq-qırıq keçir həyat

Heyif ki, tam da olmadım.

Günəş kimi alışsam da

Axırda şam da olmadım.

Sən məni Allah bilirdin

Mən heç adam da olmadım.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər