Vilayət Hacıyev dəfn olundu

Vilayət Hacıyev dəfn olundu
5 aprel 2023
# 12:10

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhumla Heydər Məscidində vida mərasimi olub. Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, qələm dostları, ədəbi-ictimai xadimlər, media mənsubları iştirak edib.

Vida mərasimindən sonra mərhumun cənazəsi “Qurd qapısı” qəbiristanlığına aparılaraq orada dəfn olunub.

Xatırladaq ki, Vilayət Hacıyev uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.

Böyük tərcüməçilik fəaliyyəti olan Vilayət Hacıyev Erix Mariya Remark, Haynrix Böll, Frans Kafka kimi dünyaca məşhur yazıçıları orijinaldan dilimizə çevirib.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

# # #