Mehriban Ələkbərzadə: “Rejissor ola bilməyən Şeyx Əbdül...”

Mehriban Ələkbərzadə: “Rejissor ola bilməyən Şeyx Əbdül...”
31 mart 2014
# 15:12

“Qatil” tamaşasının rejissoru Mehriban Ələkbərzadə Xalq artisti, muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında qalmaqal yaratmasına, “Qatil” tamaşasındakı yataq səhnələrinə etiraz etməsinə münasibət bildirib.

O, Facebook sosial şəbəkəsində bunları yazıb:

“Ay özü özünə şeyx deyən kəs. Sakitləşin! Özü də belə bir gündə. Nədən bəhs etdiyinizin fərqindəsiz? Mən SOYQIRIMla bağlı 10 filmin müəllif -rejissoruyam. Bəlkə bundan bəhs edəsiniz? O ki qaldı hansısa Əbdülə və məşhur Alim Qasımova... Yazıqlar olsun sizə! Adamın üzünə deyə bilmədiyinizi arxada söyləmək nədir? Əbdülə nə var e? Kimnən olsa gündəmə gəlmək istəyir. İstər Hacıbala olsun, istər de Elçin. Biri ki, özü özünə Şeyx desin, biri ki, illərlə rejissor olmaq istəyib, ola bilməsin... Onun küdurəti bəlli. Mən Əbdül adlı birini tamaşama dəvət etməmişəm, etmərəm də. Özü də onların bu “qaravəlli oyun göstərməsi” ötən il olmuşdu. Bir də Alimi önə verib, arxada quyruq bulamaq da kişiyə yaraşmaz. Bəllidir ki, bu gün kimsə bu məsələdə, nədəsə maraqlıdır, olsun”.

# 3772 dəfə oxunub

Müəllifin son yazıları

# # #