“Ustad”ın Novruz buraxılışı çap olundu

“Ustad”ın Novruz buraxılışı çap olundu
16 mart 2022
# 18:40

Ədəbiyyat və sənət dərgisi “Ustad”ın 37-ci Novruz nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnal yazıçı, filoloq Şəmil Sadiqin məqaləsi ilə açılır.

Yazıçı-tərcüməçi, dərginin məsul redaktoru Səbuhi Şahmursoy “Ədəbiyyat nədir, nə deyil?” rubrikası altında intellektual romana tərif verərək digər roman janrları ilə oxşar və fərqli cəhətlərini sadalayır.

Şair, ədəbiyyatşünas Qismət isə “Tək” rubrikasında “Ənənədən qopmanın ədəbiyyatda inikası”ndan danışır, yenilikçi, feminist mətndən söz açır.

Ədəbiyyatşünas və tənqidçi Elnarə Akimova “Azroman” rubrikasında “İsa Hüseynov mətnləri: nəsrimizin dərinlik və dirilik məqamları” məqaləsi ilə böyük yazıçının yaradıcılığına işıq tutur.

Oxucular bu nömrədə də müxtəlif rubrikalarda maraqlı yazılarla tanış olacaqlar.

# 1202 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #