Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Bakı şəhəri məktəblərinin şagirdləri, muzey əməkdaşları iştirak ediblər.
- Əfqanıstanın ilk qadın dirijoru ölkəsini tərk etdi
- Azərbaycanlı rejissor beynəlxalq müsabiqənin qalibi olub
- Berqmanın sevimli aktrisası Fəxri Oskar alacaq
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, nümayiş olunan "Xocalı yaddaşımız" adlı fotosərgi barədə məlumat verib. Onun sözlərinə görə, sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) fotoarxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Fotoların müəllifləri Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir.
Bədii hissədə Günay Uşaq Teatrı tərəfindən Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub. Səhnə əsərinin rejissoru Larisa Tarusovadır.