Ukraynalı yazıçı raket hücumu nəticəsində həlak oldu

Ukraynalı yazıçı raket hücumu nəticəsində həlak oldu
3 iyul 2023
# 17:25

Ukraynalı yazıçı Viktoriya Amelina Ukraynanın şərqində jurnalistlərin və yardım işçilərinin toplaşdığı restorana Rusiya tərəfindən edilən raket hücumu nəticəsində həlak olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Ədəbiyyat və insan haqları təşkilatı 37 yaşlı Amelinanın iyunun 27-də Kramatorsk şəhərində aldığı xəsarətlərdən sonra öldüyünü bildirib.

Restorana axşam yeməyi zamanı edilən hücumda ümumilikdə 11 nəfər ölüb, 61 nəfər yaralanıb.

Amelina 1 yanvar 1986-cı ildə Lvovda anadan olub. 2014-cü ildə o, “Noyabr Sindromu” və ya “Homo Compatiens” adlı ilk romanını nəşr edib.

O, ölümündən qısa müddət öncə “Müharibə və ədalət gündəliyi: Müharibəyə baxan qadınlar” əsəri üzərində işləməyə başlayıb.

Kitabda Amelina ukraynalı qadınların Rusiyanın müharibə cinayətlərinə dair sübutlar toplamasının hekayələrini danışır. Tezliklə sözügedən kitab nəşr olunacaq.

# 667 dəfə oxunub

Müəllifin son yazıları

# # #