Ukraynalı dirijor Azərbaycandakı çıxışına görə işdən qovuldu

Ukraynalı dirijor Azərbaycandakı çıxışına görə işdən qovuldu
13 aprel 2023
# 18:14

Odessa Milli Akademik Opera və Balet Teatrı baş dirijoru Vyaçeslav Çernuxo-Voliç vəzifəsindən azad olunub.

Kulis.az xəbər verir ki, bu barədə "Думская" nəşri yazıb.

Hadisəyə səbəb Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunduqdan sonra dirijorun onun dəvəti ilə Azərbaycanda çıxış etməsi olub.

Bildirilib ki, Vyaçeslav Ukrayna incəsənətini beynəlxalq səviyyədə təmsil edir və buna görə də rus dünyasından olan nümayəndələrlə hər hansı müqavilələrə yol verməməlidir.

Odessa operasının rəhbəri Nadejda Babiç “Украинской правде”ya açıqlamasında Çernuxonun dəvət alan zaman Eyvazovun teatra rəhbər təyin olunmasından xəbəri olmadığını etiraf edib.

Vyaçeslav isə məsələ ilə bağlı "Bizdə oğul ataya, ər isə həyat yoldaşına cavabdeh deyil” deyə, bildirib.

Qeyd edək ki, Eyvazov Rusiyanın Xalq artisti Anna Netrebko ilə evlidir. 2023-cü il yanvarın 7-dən Netrebkonun adı Ukrayna Prezidenti Volodimir Zelenskinin təsdiqlədiyi sanksiya siyahısında yer alır.

# 1417 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #