Uitni Hyustonun səsi ilə yeni konserti turu - Süni intellekt vasitəsilə...

Uitni Hyustonun səsi ilə yeni konserti turu  - Süni intellekt vasitəsilə...
18 sentyabr 2025
# 11:20

ABŞ-da məşhur müğənni Uitni Hyustonun səsi ilə süni intellekt vasitəsilə yeni konserti turu təşkil olunacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin varisləri onun səsi əsasında yeni mahnılar hazırlamaq üçün köhnə səsyazmalardan istifadə edərək, səsi süni intellektlə yenidən yaradıblar.

İlk konsert 20 sentyabr tarixində keçiriləcək. Bu layihə həm uzun müddət Hyustonun pərəstişkarları üçün xüsusi bir hədiyyə, həm də yeni nəsil üçün onun səsini kəşf etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Uitni Hyuston 11 fevral 2012-ci ildə vəfat edib.

2025-ci ilin avqust ayında isə Böyük Britaniyalı müğənni Rod Stüart süni intellekt tərəfindən yaradılan video klipləri öz konsertlərində nümayiş etdirməyə başlayıb. Xüsusilə, onun ifasında "Forever young" mahnısı zamanı səhnədə Ozzi Osbornun "göylərdə" digər məşhur sənətçilərlə birlikdə selfi çəkdiyi video nümayiş olunub.

Qeyd edək ki, videoda Bob Marli, Tupak Şakur, Fredi Merkurri, Kurt Kobeyn, Maykl Cekson, Corc Maykl, Uitni Hyuston, Tina Törner, Prins, Emi Vaynhaus, XXXTentacion kimi məşhur, artıq dünyasını dəyişmiş musiqiçilər də yer alıb.

# 71 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər