Üç-dörd sözdən ibarət UNİKAL ŞEİR

Üç-dörd sözdən ibarət <span style="color:red;"> UNİKAL ŞEİR
23 iyul 2017
# 13:20

Kulis.az “Bazar oxusu” layihəsindən Ələkbər Salahzadənin ““Bir də gördün” şeirini təqdim edir.

Bir də gördün beşikdi adam,

Bir də gördün bəbədi,

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Bir də gördün oddu adam

Bir də gördün ot oldu.

Bir də gördün adamdı adam

Bir də gördün ad oldu.

Layihənin digər yazıları:

Vaqif Bayatlının şedevri

Ramiz Rövşənin 20 ilə tamamladığı sevgi şeiri

Nüsrət Kəsəmənlinin "Getmək istəyirtsən..." şeiri

Nəriman Həsənzadənin “Nə qəribədir” şeiri

Musa Yaqubun “Taleyin qisməti” şeiri

Əlisəmid Kürün “Kentavr” şeiri

Salam Sarvanın “Bağışla, otağim tör-toküntüdü” şeiri

Zəlimxan Yaqubun “Yavaş yeri” şeiri

# 1394 dəfə oxunub

Müəllifin son yazıları

# # #