Türk musiqisinin əfsanəsi Selami Şahin istirahət zamanı yaşadığı qəzadan sonra xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, İzmirin Çeşmə bölgəsində tətildə olan ifaçı müvazinətini itirərək yıxılıb, sağ qolundan xəsarət alıb. Çəkilən rentgendə müğənninin qolunda ciddi xəsarət aşkar edilməyib.
Qeyd edək ki, 77 yaşlı sənətçinin ümumi vəziyyətinin yaxşı olduğu bildirilib.